Müsavatın ardınca, ALP də KXCP-yə dəstək oldu

Əvəz Temirxan: “Mirmahmud Mirəlioğlunun partiyası ilə DQB-də əməkdaşlıq edirik”
Müsavatın ardınca, ALP də KXCP-yə dəstək oldu

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun və müavinlərinin Milli Şuradan ayrılmasının ardınca liberallar da bu addımı dəstəklədiklərini gislətmirlər. Məsələ ilə bağlı SİA-ya açıqlama verən Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan KXCP rəhbərliyinin bu addımına dəstəyini ifadə edib: "Biz KXCP-yə yalnız uğurlar arzu edə bilərik".

KXCP ilə əməkdaşlığa gəlincə, ALP sədri bildirib ki, rəhbərlik etdiyi partiya adıçəkilən siyasi təşkilatla Demokratik Qüvvələr Birliyində (DQB) təmsil olunur: "Biz Mirmahmud bəyin partiyası ilə DQB-də əməkdaşlıq edirik. Həmin əməkdaşlığın davam etməsini arzu edirik".

Qeyd edək ki, KXCP rəhbərliyi Milli Şuradan ayrılmasının səbəbini AXCP-nin inhisarçılıq mövqeyi ilə əlaqələndirib. Partiya Milli Şuraya qaytmayacağını bəyan etdikdən sonra isə ilk dəstəyi Müsavat Partiyası verib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə