Niyaməddin Orduxanlı: “Milli Şurada Əli Kərimli və Cəmil Həsənlidən başqa heç kim qalamayacaq” MÜNASİBƏT

Niyaməddin Orduxanlı: “Milli Şurada Əli Kərimli və Cəmil Həsənlidən başqa heç kim qalamayacaq” MÜNASİBƏT

"Milli Şura çoxdan mahiyyətini itirmiş təşkilatdır. Siyasi fəaliyyəti isə yox dərəcəsindədir". Bu sözləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı KXCP-nin Milli Şuranı tərk etməsinə münasibətini açıqlayarkən deyib.

"Bu günə qədər oradan edilən istefalar bunun əyani sübutudur"-deyə qeyd edən BAXCP rəsmisi onu da bildirib ki, bütövlükdə qurumun 60 üzvün olması onun mövcud olmaması deməkdir: "KXCP-nin oranı tərk etməsi gözlənilən idi. Çünki Əli Kərimlinin bu təşkilatı əlində bir oyuncağa çevirməsi Milli Şura üzvlərində narazılıqla qarşılanırdı. Sonda Milli Şurada Əli Kərimli və Cəmil Həsənlidən başqa heç kim qalamayacaq".

Xatırladaq ki, KXCP-çilərin Milli Şuranın sıralarını tərk etmələrinə səbəb kimi, AXCP sədri Əli Kərimlinin həmin quruma özünə yaxın şəxslərin üzv olunması tələbi olub.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə