Azərbaycan hökuməti Əfqanıstana 211 min 500 manat dəyərində birdəfəlik humanitar yardım göndərib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bu gün Əfqanıstanda sel və daşqınlardan əziyyət çəkən əhaliyə 114 ton həcmində humanitar yardım göndərilib.
Mülki-Müdafiə qoşunlarının komandanı general-mayor İlham Abdullayev jurnalistlərə açıqlamasında deyib ki, yardımın Fövqəladə Hallar Nazirliyi Mülki-Müdafiə Qoşunlarının xətti ilə Əfqanıstana göndərilməsi təmin olunub: "Yardım Əfqanıstanın paytaxtı Kabildə Azərbaycanın Əfqanistandakı səfirliyi tərəfindən qəbul ediləcək və oradakı yerli hakimiyyət orqanlarına təhvil veriləcək. Yardıma ət, yağ, çay, düyü, un məmulatları və s. ərzaqlar, eləcə də yataq dəstləri daxildir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB