“Əli Kərimli istintaqa cəlb oluna bilər” MÜSAHİBƏ

“Əli Kərimli istintaqa cəlb oluna bilər” MÜSAHİBƏ

Vəhdət Partiyasının sədri Tahir Kərimlinin SİA-ya müsahibəsi

- Tahir bəy, sizcə radikalizmə meylli olan müxalifət partiyalarının və onların təsiri altında fəaliyyət göstərən QHT-lərin xarici fondlarla işbirliyi qurmağa daha çox meyil göstərmələri nə ilə bağlıdır?

- Radikal müxalifət partiyaları daxildə öz dayaqlarını itirdiyinə görə, özləri üçün xaricdə havadarlar axtarırlar. Xaricdə bəzi qüvvələr var ki, Azərbaycanın əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşırlar. Maraqlı dairələr müxalifətin təsiri altında olan QHT-lərə maliyyə yardımları göstərməklə ölkədə nə isə bir xoşagəlməz bir vəziyyət yaratmaq istəyindədirlər. Lakin Azərbaycanla bağlı nə xarici qüvvələrin, nə də ki, radikal müxalifətin istəkləri real olmayıb və olan da deyil. Çünki Azərbaycan xalqı artıq yaxşını pisdən ayıra bilir.

- Sizcə, pul əldə etmək xatirinə ölkənin milli və dövlətçilik maraqlarını satmaq siyasətçiyə nə dərəcədə "başucalığı" gətirə bilər?

- Hər hansı bir siyasətçinin var-dövlət xatirinə Vətənin və dövlətin mənafeyini ayaq altına ataraq xəyanət etməsi yolverilməzdir. Çünki həmin şəxslərin özləri də Azərbaycan vətəndaşlarıdır. Yəni azərbaycanlı ola-ola və Azərbaycanda yaşaya-yaşaya bu cür əməllərə əl atmaq xəyanətdən başqa bir şey deyil. Bir sözlə, hər hansı bir siyasətçinin bu cür hərəkətlər etməsi heç də ona baş ucalığı gətirən hal deyil. Əksinə, bu hal onu uçuruma doğru aprır.

- Artıq sübuta yetirilir ki, AXCP-nin müəyyən maliyyə yardımları əldə etməsində Sülh və Demokratiya İnstitunun rolu olub. Ola bilərmi ki, Əli Kərimlidə bu məsələ ilə bağlı istintaqa cəlb edilsin?

- Demək olar ki, hüquq mühafizə orqanları bu məsələ ilə bağlı çox ciddi araşdırmalar aparırlar. Yəni Baş Prokurorluq bu məsələyə birbaşa nəzarət edir. Hazırda Sülh və Demokratiya İnstitunun və Rauf Mirqədirovun işi ilə bağlı çox ciddi əlaqələri gündəmə gəlib və artıq bir sıra şəxslər dindirilib. Əgər istintaq sübut etsə ki, həqiqətən də Əli Kərimlinin bu məsələ ilə bağlı əlaqəsi var, onda o, mütləq şəkildə istintaqa cəlb oluna bilər. Ümumiyyətlə, siyasi partiyaların xaricdən maliyyələşməsi qanunla yolverilməzdir. Yəni bu məsələdə günahkarlar kimdirsə əvvəl-axır, istənilən halda öz cəzalarını çəkəcəkdir.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə