“YAP GB ilə müxtəlif sahələrdə əməkdaşlığımız mövcuddur”

“YAP GB ilə müxtəlif sahələrdə əməkdaşlığımız mövcuddur”

"Artıq bir ildir ki, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ilə müxtəlif sahələrdə əməkdaşlığımız mövcuddur. Təbii ki, bu getdikcə dərinləşir və inkişaf edir". Bunu bu gün SİA-ya açıqlamasında Bakıda səfərdə olan "İsrail Bizim Evimizdir" Partiyasının gənclər təşkilatının sədri Aleq Levinski deyib.

"Biz Bakıya Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin dəvəti ilə gəlmişik. Bir müddət öncə YAP GB-nın nümayəndə heyəti də qarşılıqlı olaraq İsraildə olublar. Əməkdaşlığımızın əsas istiqamətlərindən biri ondan ibarətdir ki, gənclərimiz arasında xoş, sülhsevər və dost münasibətləri yaransın. Bununla belə, çalışırıq ki, iki ölkənin gəncləri bir-birləri, eləcə də mədəniyyətləri və tarixləri ilə daha yaxından tanış olsunlar. Həmçinin gələcəkdə iki ölkənin gəncləri arasında daha prespektivli sahələr üzrə xüsusilə, təhsil sahəsində qarşılıqlı işlər görüləcək"- deyə, təşkilat sədri fikrini tamamlayıb.

Qeyd edək ki, "İsrail Bizim Evimizdir" Partiyasının gənclər təşkilatından ibarət nümayəndə heyəti bu gün səhər saatlarında Fəxri Xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər. Nümayəndə heyəti eləcə də oftomoloq alim Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib. Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlanı qurban vermiş şəhidlərin məzarlarını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə