Elçin Mirzəbəyli: “Leyla Yunusun açıqlamaları məqsədyönlü xarakter daşıyır”
"Leyla Yunusun son bir neçə gün ərzində verdiyi açıqlamalar məqsədyönlü xarakter daşıyır". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.
BAXCP-nin sədr müavini deyib ki, Azərbaycan QHT nümayəndələrinin, jurnalistlərinin Ermənistana səfər etməsi anlaşılan deyil: "Ermənistanla Azərbaycan arasında "xalq diplomatiyası" adı altında fəaliyyət göstərən insanların məqsədi şübhəlidir. Çünki "xalq diplomatiyası"na o zaman əl atmaq olar ki, iki xalq arasında hər hansı bir məsələdə fikir ayrılığı, narazılıq yaransın və bu insanların barışdırılması istiqamətində cəmiyyət hərəkətə keçsin. Ermənistan Azərbaycanın ərazilərini işğal edib. Bu gün həm işğal olunmuş Azərbaycan ərazilərinə, həm də Ermənistana səfər edən insanlar orada hansı təkliflə çıxış edirlər? İşğala məruz qalmış bir dövlətin vətəndaşının işğalçıya barışıq təklif etməsi nə zaman mümkün olub?".
Onun sözlərinə görə, Ermənistan işğala son qoyarsa, iki xalq arasında münasibətlərin tənzimlənməsi üçün xalq diplomatiyası işə düşə bilər: "Ermənistana "xalq diplomatiyası" adı altında səfər edən insanların hərəkətlər isə Ermənistanın Azərbaycana sırımaq istədiyi "təslimçilik" siyasətinə xidmət edir. Kimsə bu prosesdə qrand, yaxud şəxsi maraqları, yaxud da konkret hədəflərinə görə, iştirak edirsə, onlar hərəkətlərinə görə cavab verməli olacaqlar".
E.Mirzəbəyli əlavə edib ki, Rauf Mirqədirov kiminlə birlikdə hərəkət etdiyini və hansı danışıqlar apardığını hər kəsdən yaxşı bilir: "Təbii ki, bütün bunlar istintaqın nəticəsində bəlli olacaq. Bu prosesdə hər hansı bir şəxs Azərbaycanın əleyhinə çıxış edibsə, dövlətimiz əleyhinə cəsusluq fəaliyyəti ilə məşğul olubsa, bütün bunlar istintaq materialları ilə öz təsdiqini tapacaqsa həmin şəxslər də cəzalarını almalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB