Türk әmәkdaşlıq vә koordinasiyası agentliyi önəmli layihələrə imza atıb
Türk әmәkdaşlıq vә koordinasiyası agentliyi (TƏKA) Əfqanıstandakı xidmətlərinə davam edir . SİA-nın məlumatına görə, TƏKA 11 milyon şagirdin olduğu Əfqanıstana təhsil sahəsində әhəmiyyәtli layihәlәr hәyata keçirir.
2005-ci ildən bu yana Əfqanıstanda müxtәlif sahələrdə xidmət göstərən TƏKA son olaraq paytaxt Kabildə ölkənin ən böyük təhsil mərkəzini inşa edib.
100 nəfərlik mərkəzin açılışı səbəbi ilə təşkil edilən mərasimdə çıxış edәn Əfqanıstanın təhsil naziri Faruk Vardak TƏKA-nın təhsil sahəsində yüzlərlə layihə hәyata keçirdiyinә diqqət çəkib.
Türkiyənin Kabildәki səfiri İsmayıl Aramaz da öz növbәsindә bildirib ki, Türkiyə xüsusilə təhsil, səhiyyə və infrastruktur sahəsində Әfqanıstana yardım edir.
Türkiyә yaxın zamanda Kabildə bir Əfqan-Türk Universiteti açmağı da planlaşdırır.
Türkiyə, TƏKA vasitəsilə 2005-2014-cü il tarixlәrində Əfqanıstanda fərqli sektorlarda 700-dәn çox layihə həyata keçirib. Türkiyənin inşa etdirdiyi 80-dən çox məktəbdə isә 150 min şagird təhsil alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB