Baş nazir önəmli açıqlamalar verdi

Baş nazir önəmli açıqlamalar verdi

"Cəmiyyətlərin sevinc qaynağı olan bayramlar - yardımlaşma, həmrəylik , paylaşmanın ən güclü şəkildə yaşandığı müstəsna günlərdir". SİA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan xristianların Pasxa bayramı münasibətilə verdiyi açıqlamada bildirib.

Ərdoğan deyib ki, Pasxa da, Xristianlıq dininə mənsub olanlar üçün xüsusi әhәmiyyәt daşıyır.

Әsrlərdәn bәridir bir yerdə yaşadığımız , sevinc və kәdәrimizi paylaşdığımız Xristian vətəndaşlarımıza, Pasxa bayramı vəsiləsi ilə xoşbәxtlik arzulayıram deyәn baş nazir vurğulayıb ki, "bütün insanlığa qarşı sevgini, hörməti və yaxşı niyyәti əsas alan bir mədəniyyətin nümayəndələri olaraq, hər cür ayrı-seçkiliyi rәdd edir, fərqlilikləri zənginlik qәbul edirik".

"Bu anlayışla fərqli kilsə və qruplara mənsub Xristian vətəndaşlarımız başda olmaqla , bütün Xristianların Pasxa bayramını tәbrik edirəm səmimi duyğularımızla salamlayırıq" - deyә, Ərdoğan sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə