"Ermənistana qarşı sansksiyalar qəbul olunsa da, tətbiq olunmur" Münasibət
"Əgər bu gün beynəlxalq aləm Krım hadisələrinə görə Rusiyanı işğalçı ölkə adlandırıb ciddi sanksiyalar tədbiq edirsə, o zaman Azərbaycan da 20 faiz torpaqlarını işğal edən Ermənistana qarşı müxtəlif sanksiyalar tədbiq edə bilər". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin iclasında çıxışı zamanı "Ermənistana qarşı ciddi sanksiyaların tədbiq olunmalıdır" fikirlərinə münasibət bildirərkən deyib.
Ermənistanın BMT-nin qəbul etdiyi 4 qətnaməni icra etməməsindən söz açan millət vəkili qeyd edib ki, bir çox beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsi faktını tanıyıblar: "Bununla bağlı Avropa Şurası, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar müəyyən sənədlər qəbul edib. Baxmayaraq ki Ermənistana qarşı çox ciddi sansksiyalar qəbul olunub, ancaq heç biri tətbiq olunmur. Prezident İlham Əliyev də Nazirlər Kabinetinin iclasında bu mövqedən çıxış edərək haqlı şəkildə həmin sanksiyaların tətbiq olunmasını tələb edib".
Tahir Rzayev həmçinin ölkə başçısı İlham Əliyevin İrana səfərinin nəticələri haqqında da danışıb: "Prezidentin yürütdüyü siyasət balanslaşdırılmış formada irəliləyir. Düzdür ki, İran əvvəllər müəyyən məsələlərdə Azərbaycanın mövqeyindən çıxış etmir və Ermənistana dəstək çıxırdı. Prezident İlham Əliyev isə İranla Azərbaycanın uzun müddət əməkdaşlığını nəzərə alaraq belə məsələlərə ciddi reaksiya vermirdi. Ölkə başçısı İrana son səfəri zamanı açıq şəkildə dedi ki, İran Azərbaycanla qonşu ölkədir və münasibətlər daimi olmalıdır. İran da müsəlman dövləti olaraq Azərbaycanın siyasi mövqeyini hər zaman dəstəkləməlidir. Ona görə də bu səfərin iki ölkə arasında siyasi və iqtisadi cəhətdən xüsusi önəmi olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB