Azərbaycan vətəndaşlarına qayıdış şəhadətnaməsi 2015-ci ildən veriləcək

Azərbaycan vətəndaşlarına qayıdış şəhadətnaməsi 2015-ci ildən veriləcək

Nazirlər Kabineti "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nda dəyişiklik edilməsi haqqında" 2012-ci il 21 noyabr tarixli qərarında dəyişiklik edib.

SİA-nın xəbərinə görə, bu qərara görə 2014-cü il yanvarın 1-dən etibarən xarici ölkədə şəxsiyyət vəsiqəsi itən, oğurlanan və ya yararsız hala düşən, həmçinin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən Azərbaycan vətəndaşına, eyni zamanda onunla birgə ölkəyə qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatan Azərbaycan vətəndaşına Azərbaycanın diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən ölkəyə qayıtmaq üçün qayıdış şəhadətnaməsi verilməli idi. Eyni hüquqlar ölkədə qanuni əsaslarla yaşayan vətəndaşlığı olmayan şəxsə, onunla birgə Azərbaycana qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatan uşağına da aid edilir.

Dəyişikliyə görə, şəxsiyyət vəsiqəsi itən, oğurlanan və ya yararsız hala düşən, həmçinin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən Azərbaycan vətəndaşına qayıdış şəhadətnaməsinin verilməsinə 2014-cü il yanvarın 1-dən başlanılması təxirə salınıb. Bu cür şəhadətnamənin verilməsinə 2015-ci il yanvarın 1-dən başlanacaq.

Bu, Azərbaycan vətəndaşlarına yeni nəsil, elektron daşıyıcıya malik şəxsiyyət vəsiqələrinin verilməsinə 2014-cü il yanvarın 1-dən deyil, 2015-ci yanvarın 1-dən verilməyə başlanacağı ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə