Araz Əzimov: “Biz çağırışlara cavab verərək hərəkət edirik” AÇIQLAMA
İlk növbədə, biz təcrübələri yaşayıb, çağırışlara cavab verərək hərəkət edirik". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov "Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ münaqişəsində NATO-nun mövqeyi" məsələsini şərh edərkən deyib.
XİN rəsmisi bildirib ki, NATO-nun bu məsələlərdən xəbəri var: "Lakin müxtəlif səbəblərə görə, hansısa məsələlərdə bilavasitə iştirak və töhvə vermək üçün imkanlar məhduddur. Eyni zamanda NATO siyasi və ən yüksək səviyyədə dəfələrlə öz sammitlərində mövqeyini dəyişmədən Azərbaycanın və məntəqədəki digər ölkələrin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyərək, münaqişələrin məhz bu prinsiplər əsasında həllinə tərəfdar çıxdığını bildirir. Təbii ki, bu da öz-özünə siyasi bir töhvədir. NATO bilavasitə müzakirələrdə iştirak etmir. Lakin bu prinsiplərə dəstək verməsi çox önəmli bir faktordur. Əlbəttə ki, biz NATO ilə müzakirələri geniş coğrafi və konseptual çərçivədə aparırıq. Beləcə, bütün avro-Atlantika təhlükəsizliyində təsir edən bilən faktorlar, o cümlədən də Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ münaqişəsi müzakirə edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB