Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) ofisində yazıçı, şairə xanım Zöhrə Əsgərovanın musiqi tariximizdən bəhs edən "Talelərə yazılan musiqi" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə YAP GB-nin Ofisinin rəhbəri Sərraf Balaxan çıxış edərək bildirib ki, Azərbaycan musiqisi qədim tarixə malikdir: "Belə kitabların çap edilməsi gənclərimiz üçün olduqca əhəmiyyətlidir. Çünki gənc nəsil bu kimi kitablar sayəsində mədəniyyət tariximizin dərinliklərini öyrənir, biliklərini artırırlar".
Daha sonra şairə Zöhrə Əsgərova çıxış edərək YAP Gənclər Birliyinə öz təşəkkürünü bildirib və daha sonra kitab haqqında geniş məlumat verərək gənclərə müəllif olduğu şeirlərini də səsləndirib. Zöhrə Əsgərova görüşdə fəal iştirak edən gənclərə kitablarını hədiyyə edilib.
Tədbirin sonunda şairə YAP Gənclər Birliyinin ofisindəki kitabxanaya kiatblarını hədiyyə edib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB