Hesablama Palatasının sədri ilk dəfə hesabat verəcək

Hesablama Palatasının sədri ilk dəfə hesabat verəcək

Milli Məclisinin növbəti plenar iclasının vaxtı müəyyənləşib. Bu barədə SİA-ya açıqlama verən parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib ki, aprelin 18-də keçiriləcək iclasın gündəliyinə 8 məsələ daxil edilib.

Onun sözlərinə görə, iclasda ilk olaraq Hesablama Palatasının hesabatı dinləniləcək: "Cinayət Prosessual və İnzibati Xətalar məcəllələrinə əlavə və dəyişikliklər, "Yol hərəkəti haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqında" "Dəniz limanları haqqında", "Yaşıllıqların mühafizəsi haqqında" və digər bir sıra qanun layihələri iclasın gündəliyində müzakirə olunacaq məsələlər sırasında yer alıb.

O həmçinin qeyd edib ki, Hesablama Palatasının 2013-cü il üzrə fəaliyyəti haqqında hesabatı Milli Məclisə daxil olub və millət vəkillərinə paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə