Nəcməddin Sadıkov: “MDB-nin qətiyyətsizliyi Ermənistanın təcavüzü davam etdirməsi üçün şərait yaradır”
Bu gün Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası başlayıb. SİA-nın xəbərinə görə, iclasda çıxış edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadıkov bildirib ki, Azərbaycan MDB-dəki fəaliyyətinə böyük önəm verir.
Onun sözlərinə görə, beynəlxalq təşkilatların, o cümlədən MDB-nin qətiyyətsizliyi Ermənistanın uzun müddət ərzində təcavüzü davam etdirməsinə üçün şərait yaradır: "Beynəlxalq təşkilatların, o cümlədən MDB-nin qətiyyətsizliyi uzun müddət ərzində işğalın qanunsuz olaraq davam etməsinə yardım edir: "İqtisadi göstəricilərin cəmiyyətin inkişafı ilə paralel olaraq artması ilə bağlı təbii ki, respublikanın Silahlı Qüvvələri də inkişaf edir. Azərbaycanın hərbi büdcəsi ildən-ilə artır və bu tendensiya davam edəcək. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, xalqımız daha böyük nəticələrə nail olardı. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və etnik təmizləmələr nəticəsində bir milyondan artıq azərbaycanlı öz tarixi torpaqlarını tərk etməli olub. Biz bu münaqişənin dinc yolla həllinə tərəfdarıq və hesab edirik ki, bunun üçün hələ də şanslar və ümidlər qalır. Lakin eyni zamanda, Azərbaycan xalqının səbri tükənməz deyil. Hesab edirik ki, bu məsələ beynəlxalq hüquq prinsipləri çərçivəsində öz həllini tapa bilər. Ermənistanın işğalçı qüvvələri də BMT TŞ-nin qətnamələrinin tələblərinə tabe olmalı və Azərbaycan ərazilərini tərk etməlidirlər. Beynəlxalq hüquq hamı üçün eyni olmalıdır və ikili standartlar olmamalıdır. Heç kim müstəsna hüquqa malik ola bilməz".
Baş qərargah rəisi qeyd edib ki, Ermənistan istisna olmaqla, Azərbaycanın ərazi bütövlüyü bütün ölkələr və beynəlxalq qurumlar tərəfindən tanınıb: "Münaqişənin təşkilatçıları onların ölkəsinin itirdiyi və qazandığını təhlil təhlil etməli, keçmiş və həm də bugünkü reallıqları daha dərindən dərk etməli və bilməlidirlər ki, Azərbaycan xalqı heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bir daha bəyan edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün beynəlxalq hüququn ona verdiyi bütün hüquqlardan istifadə edəcək".
Tədbir davam edir.
Qeyd edək ki, Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclasına Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan silahlı qüvvələrinin baş qərargah rəisləri, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri, MDB Müdafiə Nazirləri Şurasının katibi Aleksandr Sinayski qatılıb.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB