Fərhad Qəribov: “Rusiyanın ATƏT-in Minsk qrupundan çıxarılması məsələsi gündəmə gəlməlidir”

Fərhad Qəribov: “Rusiyanın ATƏT-in Minsk qrupundan çıxarılması məsələsi gündəmə gəlməlidir”

"Azərbaycan Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verməklə obyektiv addım atdı. Bu, belə də olmalı idi. Rusiyanın Krımda keçirdiyi səsvermə formaldır. Onsuzda bütün dünya bəyan edib ki, tanınan sərhədlər dəyişməyəcək, ölkələrin xəritəsində heç bir dəyişiklik olmayacaq. Ona görə də Azərbaycan leyhinə səs verə bilməzdi. Dövlətimiz Krımın taleyi ilə bağlı BMT Baş Məclisində keçirilən səsvermədə ədalət nümayiş etdirdi". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fərhad Qəribov bildirib.

Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verdiyinə görə, Azərbaycan üçün Rusiya tərəfdən hansısa təhlükənin olub-olmamasına aydınlıq gətirən F. Qəribov qeyd edib ki, Rusiya dövlətimizi heç bir vəchlə təhdid edə bilməz: "Azərbaycan müstəqil siyasət yürüdür, xarici siyasətini müstəqil şəkildə həyata keçirir, heç bir dövlətdən, xüsusilə Rusiyadan nə siyasi, nə də iqtisadi asılılığımız var. Guya Azərbaycanın obyektivliyinə görə Rusiya ölkəmizə hücum edəcək. Bunların hamısı populist fikirlərdir. Bütün dünya Rusiyaya sansksiyaları daha çox artırmalıdır ki, yerində oturusun. Hesab edirəm ki, Rusiyanın ATƏT-in Minsk qrupundan çıxarılması məsələsi gündəmə gəlməlidir. Özünün istədiyi formada Krımı öz ərazisinə ilhaq edən Rusiyanın sülh danışıqlarında iştirak etməsi düzgün deyil. Onsuzda Minsk qrupu fəaliyyətsizdir. Rusiya Minsk qrupunun tərkibindən çıxarılmalı, əvəzinə Türkiyə daxil edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə