Bəxtiyar Əliyev: “Azərbaycanın çox yüksək iqtisadi göstəriciləri var” AÇIQLAMA

Bəxtiyar Əliyev: “Azərbaycanın çox yüksək iqtisadi göstəriciləri var” AÇIQLAMA

"Hər bir ölkə güclü iqtisadiyyatını qurmaq üçün əvvəlcə güclü infrastrukturunu təmin etməlidir". Bunu SİA-ya millət vəkili Bəxtiyar Əliyev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən işlərə münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, burada birinci məsələ enerji təhlükəsizliyinin təmin edilməsidir: "Xatırladaq ki, 1990-cı illərdə Azərbaycanda enerji böyük bir problemə çevrilmişdi. Artıq Azərbaycan enerji təhlükəsizliyi ilə tək özünü, Cənubi Qafqazı deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyini təmin edən sabit ölkəyə çevrilib. Digər bir məsələ böyük iqtisadiyyatın inkişafına yardımçı olan yolların tikintisidir. Yəni bu infrastrukturların qurulması olduqca vacibdir. Hesab edirəm ki, Azərbaycanın artıq çox yüksək iqtisadi göstəriciləri var və bu durmadan artacaq. Beləcə, ölkəmizin artıq oturuşmuş iqtisadiyyatı mövcuddur. Bu baxımdan düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət yaxın zamanlarda ölkəmizin Avropanın ən aparıcı dövlətinə çevirməsinə imkan yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə