Nazirlər Kabineti "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nda dəyişiklik edib. Nazirlər Kabinetindən SİA-ya verilən məlumata görə, Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanan qərara əsasən, "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"na on yeddinci abzas əlavə edilib.
Qərara görə, siyahıya hüquqi və fiziki şəxslərə verilmiş torpaq sahələri üzrə informasiya ehtiyatı da əlavə edilir.
Qərara əsasən, bu iş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB