Elçin Mirzəbəyli: “Bu seçkilər daha çox parlament seçkilərini xatırladırdı” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Bu seçkilər daha çox parlament seçkilərini xatırladırdı” AÇIQLAMA

"Türkiyədə keçirilən bələdiyyə seçkilərinin tam nəticələri konkret olaraq ortalıqda deyil. Bir sıra partiyalar, o cümlədən Cümhuriyyət Xalq Partiyası (CHP) böyük şəhərlərdə xüsusilə də İstanbul və Ankarada keçirilən seçkilərin nəticələri ilə razılaşmır və məhkəməyə müraciət edəcəyini bildirir". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli Türkiyə keçirilən bələdiyyə seçkilərinə münasibət bildirərkən deyib.

Siyasi şərhçinin sözlərinə görə, Türkiyədə keçirilən bu seçkilər bələdiyyə seçkilərindən daha çox parlament seçkilərini xatırladırdı. Son illər ərzində Türkiyədə keçirilən bu seçkilər ən dinamik və bəlkə də ən aqressiv seçkilərdən biri idi. Şübhəsiz ki, nəticələr nə qədər fərqli şəkildə nəzərə çarpsa da, ötən parlament seçkiləri ilə müqayisədə indiki CHP-nin razılaşmadığı nəticələrlə AKP-nin 4-5 faiz səs itirdiyi göz önündədir. Həm MHP-nin, həm də CHP-nin səslərində 3 faizədək irəliləyiş var. Bu isə prinsip etibarı ilə Türkiyə siyasətində müəyyən qədər də real mənzərənin dəyişdiyini göstərir. Əslində bu seçki ölkədə keçiriləcək növbəti seçkilərə yəni, parlament və prezident seçkilərinə hazırlıq xarakteri daşıyır.

Əgər nəzərə alsaq ki, hadisələr bələdiyyə seçkilərindən qısa bir zaman ərzində Türkiyədə cərəyan etməyə başladı, o zaman nəticənin inandırıcı olduğu daha çox diqqəti çəkir. Çünki adətən belə hadisələr təxminən 5-6 ay ərzində ictimai rəyə daha çox oturuşmağa başlayır. Güman edirəm ki, bu seçkinin nəticələri və seçkiöncəsi aparılan kampaniya parlament və prezident seçkilərinin nəticələrinə təsir göstərə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə