İndi yekə bir mikrofon götürüb, boynundan da "press" vəsiqəsini asıb gedəsən Söyün Sadıqovun yanına. Sual edəsən, a Söyün qağa, niyə hər gün bir dildə danışırsan? Məsələn, gah özünü müxalifətin xaç atası, gah da iqtidarın yamağı kimi aparırsan, niyə? Quyruğun qapı arasında qalanda Niderland həkimləri kimi "kliçka" söhbəti edirsən: "Mən Putinin rəsmi nümayəndəsiyəm". O zaman bu şəxsi nümayəndə hara və nə məqsədlə təyin olunub? Rusiyada hansısa işləri görməyə, orda oturub "dil qoparma kompaniyası"na start verməyə, yoxsa mürdəşir üzünü Azərbaycana tərəf çevirib həftə səkkiz-mən doqquz söz guppuldatmağa təyin olunub?
Söyün Sadıqov deyir ki, o vaxt mən Eynulla Fətullayevi söyüb qovmuşdum, sonra da ona "əclaf" demişdim. Əgər dediyin kimi, söhbət Eynullanın həbsindən əvvəldən gedirsə, deməli, ortada ən azı 8-9 ilin söhbəti var. Bəs o zaman niyə "Putinin rəsmi nümayəndəsi" qılıncını və ya Azərbaycana olan "peyğəmbər məhəbbətini" işə salmamışdın? Adama sual verərlər ki, haqqında danışdığın şəkilləri Eynulla niyə məhz sənə göstərirdi? Sənin haqqında hansı bilgiyə, bu şəkilləri qəbul edə biləcək hansısa informasiyaya bələd idi ki, bunu sənə nümayiş etdirirdi? Ya elə bəlkə, "casus"dur deyə, onun şəkillərini qəbul etməyib, guya özünə də "əclaf" demisən, bəlkə elə səni bu qorxudub?
2000-ci ildə "Azərros" qəzetini nəşrə başlayanda guya Azərbaycanın milli adət-ənənələrinin təbliğinə başlamısan. Hansı kollektivlə və hansı jurnalist ordusu ilə? "Azərrros" qəzetində neçə azərbaycanlı jurnalist işləyib? Əksəriyyəti ruslardan, ermənilərdən ibarət olan "Azərros"un jurnalist kollektivi Azərbaycanın milli-mənəvi dəyərləni necə təbğil edə bilərdi? Azərbaycan mətbuat aləminə elə vaxtdan məlum olmayan bu qəzetin fəaliyyəti Rusiyadakı azərbaycanılıları da fil qulağında yuxuya vermişdi. Əsas ortada olan böyük məbləğdə pullar idi ki, onu da qəzet, diaspora və ya hansısa istiqamət üzrə xərcləyib raport hazırlayasan.
Mən bildiyim qədər Putinin rəsmi nümayəndələrinin hamısı FTX-nin zabitləridir. O şəxslər ki, Putinin özü kimi 1999-cu ilə qədər onları tapmaq, tanımaq iynə ilə gor eşmək, ya da qaranlıqda qaranlıq axtarmaq kimi bir şey idi. S.Sadıqov da 2000-ci ildən sonra meydana atıldı. Görəsən, S.Sadıqovun "Azərbaycan, dispora və qəzetçilik eşqi" niyə məhz 2000-ci ildən fontan vurdu, bu vaxta kimi harada idi bu fontanın düymə basanı?
Rusiyada S.Sadıqova məxsus olan tikinti şirkətlərində azmı azərbaycanlı aldadılıb? Elə çox uzağa getməyək, 2 il bundan əvvəl Rusiyaya 12 nəfərlik tanıdığım-bildiyim usta-fəhlə heyəti getmişdi ki, orada tikinti sahəsində işləsinlər. Elə də olmuşdu, düz 3 ay durmadan işləmişdilər. Amma bir qəpik belə almamışdılar. 3 ay qorxu və təhdid altında işləyən azərbaycanlılar ac qalmamaq üçün gecələr bazarlarda gəzirmişlər. Pullarını istəyəndə isə, hamısını bir köhnə binaya yığıb başlarına da tapança dirəmişdilər. Həmin 12 nəfərin hamısına geri qayıtmaq üçün yol pulu belə verməmişdilər, Azərbaycandan onlar üçün pul göndərilmişdi. Azərbaycanlıları aldadan həmin tikinti şirkəti S.Sadıqova məxsus idi və azərbaycanlıların başına tapança dirəyənlər isə, onun itləri olub.
Zalım oğlu düz deyir də, bax, xidmət belə olar, görün xalqa necə xidmət edir, əsl "xalq adamı"dır.
Yaz havası Azərbaycana gəlsə də, oralarda şaxta davam eləyir, isinmək üçün öz atəşində yanmaq lazımdır. Yoxsa qanlı, donmuş əllərini əsl xalq adamlarının dilinə uzadanda, o zaman o əlləri qatlayıb adamın...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB