Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada görüşəcəklər
Moskvada MDB ölkələrinin xarici işlər nazirləri Şurasının toplantısı keçiriləcək. SİA-nın məlumatına görə, toplantı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq. XİN-dən bildirilib ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov toplantıya qatılmaq üçün Moskvaya səfər edəcək. Lakin səfərin nə zaman reallaşacağı hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB