ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. SİA-nın məlumatına görə, hər iki lider Ukrayna məsələsi ilə bağlı fikirlərini bölüşüblər. Ağ Ev-dən yayılan açıqlamaya görə, V. Putin həmkarına zəng edib. Onlar Ukrayna böhranı ilə bağlı olaraq rəsmi Vaşinqtonun təklif etdiyi diplomatik təklifin xarici işlər nazirləri səviyyəsində müzakirə edilməsi barədə qərar veriblər.
B. Obama bildirib ki, Kiyevin idarə olunması müəyyən reformlara səbəb olub: "Rusiya Ukrayna sərhəddinə hərbi qüvvələrini yerləşdirməkdən əl çəkməlidir. ABŞ Ukrayna böhranının diplomatik yollarla həlli məsələsinə dayaq olacaq. Ancaq bölgədəki gərgin atmosferin sakitləşməsi üçün Rusiya qüvvələri buradan geri çəkilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB