Martın 28-də Gürcüstan Müdafiə nazirinin müavini Mixeil Darçiaşvili Azərbaycana işçi səfərə gələcək. Müdafiə Nazirliyindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində qonağın nazirlikdə görüşləri planlaşdırılır.
M. Darçiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Gürcüstan Müdafiə nazirinin müavini M. Darçiaşvilinin səfəri martın 29-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB