Uorlik: "Uzunmüddətli sülh mümkündür"

Uorlik: "Uzunmüddətli sülh mümkündür"

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşüblər. Bu barədə SİA amerikalı həmsədr Ceyms Uorlikin "Tvitter" səhifəsində yazdıqlarına əsasən xəbər verir.

Görüş haqqında təəssüratlarını bölüşən həmsədr bildirib ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə pozitiv görüş keçirilib: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birlikdə fəaliyyət göstəririk. Uzunmüddətli sülh mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə