Bir neçə gün sonra qardaş Türkiyə Cümhuriyyətində bələdiyyələrə seçkilər keçiriləcək. Seçkilərlə bağlı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası da geniş təbliğat-təşviqat işlərinə başlayıb.
Seçki öncəsi Ədalət və İnkişaf Partiyasının həyata keçirdiyi təbliğat işində iştirak etmək üçün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndələri bu ölkəyə rəsmi səfərə dəvət edilib
"Bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyasının Gənclik Qollarının Təcrübə Mübadiləsi Proqramı" çərçivəsində həyata keçiriləcək səfərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi birliyin sədri Seymur Orucovun rəhbərliyi altında aşağıdakı tərkibdə təmsil olunacaq.
Həsən Daşdəmirov – YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü,
Sərraf Hüseynov – YAP Gənclər Birliyi Ofisinin rəhbəri,
Bəxtiyar Nəbiyev- YAP Yasamal rayon Gənclər Birliyinin sədri,
Rəşad Abbasəliyev – YAP Sabunçu rayon Gənclər Birliyinin sədri.
Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyası arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək bu səfər 22 mart tarixində başlayıb, 28 mart tarixinə qədər davam edəcək.
Səfər çərçivəsində rəsmi görüşlərin keçirilməsi, qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi proqramlarının daha tez-tez reallaşdırılması üçün müzakirələr də aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB