Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev İrlandiya Prezidenti Maykl Higginsə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident,

İrlandiyanın milli bayramı - Müqəddəs Patrik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-İrlandiya əlaqələri daha da inkişaf edərək ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə