Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 7-11-də keçiriləcək yaz sessiyasının gündəliyi açıqlanıb. SİA-nın xəbərinə görə, sessiyanın ilk günündə Ukraynada yaranmış vəziyyətə dair müzakirə keçiriləcək. Aprelin 8-də AŞ-nin insan haqları üzrə komissarı Nils Mujnieksin hesabatı dinlənəcək, Avropada milli azlıqların hüquqları ilə bağlı durum müzakirə olunacaq.
Aprelin 9-da hazırda AŞ Nazirlər Komitəsinə sədrlik edən Avstriyanın prezidenti Hayns Fişer çıxış edəcək. Vətəndaşlıq haqqında Avropa Konvensiyasının yerinə yetirilməsi barədə müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun çıxışı gözlənilir. Aprelin 11-də qaçqınların iş hüququ, eləcədə Avropada uşaq yoxsulluğu məsələsi müzakirə olunacaq. Avropada uşaq yoxsulluğu mövzusunda Azərbaycan nümayəndə heyətini üzvü Sevinc Fətəliyeva məruzə ilə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB