ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ nizamlanmasını Moskvada müzakirə edəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra Moskvaya səfər edəcəklər.
SİA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb.
Həmsədr qeyd edib ki, Dağlıq Qarabağ nizamlanmasını Moskvada müzakirə edəcəklər.
Qeyd edək ki, E. Məmmədyarovun Parisdə həmsədrlərə görüşü martın 10-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB