Səfir Əkrəm Zeynallı Lixtenşteyn Parlamentinin Sədri ilə görüşüb FOTO
Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Əkrəm Zeynallı Vaduts şəhərinə işgüzar səfəri çərçivəsində Lixtenşteyn Parlamentinin sədri Albert Frik ilə görüşüb. Səfirlikdən SİA-ya verilən xəbərə görə, Milli Məclisinin sədri Oqtay Əsədovun salamlarını və lixtenşteynli həmkarına ünvanladığı dəvət məktubunu A.Frikə təqdim edən səfir, ölkəsinin Lixtenşteyn Knyazlığı ilə əlaqələrinə əhəmiyyət verdiyini həmsöhbətinin diqqətinə çatdırıb və Lixtenşteyn Parlamenti sədrinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin inkişafına xüsusi töhfə verəcəyindən əminlik ifadə edib.
Lixtenşteyn Knyazlığının da Azərbaycanla əlaqələrini genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdıran A.Frik, dəvətə görə təşəkkürünü bildirmiş və onu böyük məmnuniyyətlə qəbul etdiyini söyləyib.
Görüşdə iki ölkə arasında çoxtərəfli formatda əməkdaşlıqdan məmnunluq ifadə edilib və münasibətlərin ikitərəfli əsasda müxtəlif sahələrdə inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Səfir Ə. Zeynallı A.Friki Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli üzrə aparılan danışıqların hazırkı durumu barədə məlumatlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə