Mustafa Hacıbəyli Rəsul Quliyevi təhqir etdi

Mustafa Hacıbəyli Rəsul Quliyevi təhqir etdi

"Rəsul Quliyev kimdir ki, onun fikirlərinə münasibət bildirəm?! Onun başı xarabdır. Nə danışdığını bilmir". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli Rəsul Quliyevin "Arif Hacılı başqan olsa, Müsavat siyasətdən gedəcək" fikrinə münasibət bildirərkən söyləyib.

Qeyd edək ki, Mustafa Hacıbəyli Rəsul Quliyevin adını eşidərkən əsəbləşərək bildirib ki, Rəsul Quliyev gündə çıxıb bir gic söz danışacaqsa, bu o demək deyil ki, ona münasibət bildirilməlidir: "O, qoca sarsaqdır. Onun lazımsız fikirlərinə münasibət bildirməyə dəyməz".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə