Milli Şura “Ana fəryadı” abidəsi önündə təxribata əl atdı ŞƏHİDLƏRƏ HÖRMƏTSİZLİK

Radikal müxalifət liderləri Xocalı soyqırımı şəhidlərinə qarşı sayğısızlıq göstərdi
Milli Şura “Ana fəryadı” abidəsi önündə təxribata əl atdı ŞƏHİDLƏRƏ HÖRMƏTSİZLİK

Milli Şura rəhbərliyi Xocalı soyqırımı şəhidlərinin xatirəsinə ucaldılmış "Ana fəryadı" abidəsi önündə təxribata əl atıb. SİA-nın məlumatına görə, vətəndaşlar Xocalı şəhidlərinin anımını sükutla yad edərkən, əraziyə daxil olan Milli Şura rəhbərliyi başda AXCP sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli olmaqla məqsədli şəkildə diqqəti öz tərəflərinə çəkməyə cəhd edib və şüarlar səsləndirməyə başlayıblar.

Qeyd edək ki, Xocalı faciəsinin 22-ci ildönümünü anma tədbirinə qatılanlar "Ana fəryadı" abidəsini sükutla yad edirlər, bu sükutu şəhidlərə sayğı məqsədi ilə saxlayırlar. Milli Şura üzvlərinin isə bu kimi təxribata əl atmaları həm anlaşılmaz, həm də Xocalı şəhidlərinə qarşı sayğısızlıq kimi qiymətləndirilir. Ətrafdakı vətəndaşlar da Milli Şura rəhbərliyinin bu kimi hərəkətlərini qınayıblar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə