"Müsavat Partiyasında başqan dəyişikliyi mütləq olmalıdır və olacaq da. Nizamnaməyə uyğun şəkildə hər kəs səsvermə yolu ilə özü namizədini seçəcək. Yenilik olmalıdır, olacaq da". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Almaz Əliqızı bildirib.
Müsavat Partiyasında yeni başqanın kim olacağı ilə bağlı danışan A.Əliqızı deyib ki, nizamnaməyə görə yeni başqan seçilməlidir, mən də bu seçkidə iştirak edəcəm: "Amma kimi dəstəklədiyimi, hansı namizədə səs verəcəyimi indidən deyə bilmərəm".
A.Əliqızı Milli Şura ilə bağlı fikirlərini də dedi: "Milli Şura öz işini başa vurub yekunlaşdırdı. Oradakı partiyaların hansısa məsələlərdə mövqeyi üst-üstə düşməyə bilər. Ona görə də bir sıra partiyalar Milli Şuradan çıxdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB