Xanlar Vəliyev: "Xocalı soyqırımının törədilməsində 39 nəfərin cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilib"
"Azərbaycan Hərbi Prokurorluğunda Xocalı soyqırımının törədilməsində 39 nəfərin cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilib". SİA-nın məlumatına görə, bu barədə məlumatı Azərbaycan Baş Prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bunların arasında yalnız ermənilər deyil, eyni zamanda keçmiş Sovet Birliyinin 366-cı alayının komandir və zabit heyəti var: "1988-ci ildən bəri Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilən soyqrımların, cinayətlərin və deportasiyalar ilə bağlı Prokurorluqda 3 istiqamətdə istintaq aparılır. Birinci istiqamət Xocalı, Meşəli, Qaradağlı və s yaşayış məntəqələrində Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər, ikinci istiqamət ermənilər tərəfindən nəqliyyat, vasitələrində, metrolarda və müxtəlif yerlərdə törədilən cinayətlər, üçüncü isçtiqamət isə əsir və girov götürülmüş insanlara qarşı törədilən cinayətlərdir. Hərbi prokurorluq bu cinayətlərin 2089 nəfər tərəfindən törətdiyini müəyənləşdirib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB