Fransadakı erməni diasporu bu ölkədə Xocalı faciəsi ilə bağlı anım mərasimlərinə mane olmağa çalışır
Fevralın 24-də Avropa Azərbaycan Cəmiyyəti Avropanın bir sıra şəhərlərində olduğu kimi, Parisdə də Xocalı faciəsinə həsr olunmuş anım konserti təşkil edəcək.
XVIII əsrə aid Eglise Saint-Roch kilsəsində keçiriləcək tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər tərəfindən törədilmiş qətliamın qurbanlarının xatirəsi yad olunacaq. Konsertə Parisdə yaşayan azərbaycanlılar, Fransa ictimaiyyətinin nümayəndələri, xarici qonaqlar və diplomatik korpusun təmsilçiləri dəvət olunublar.
Konsertdə tanınmış skripkaçı Sabina Rakçayeva, klarnet ifaçısı Kinan Azmeh, skripkaçı Nəzrin Rəşidovanın rəhbərlik etdiyi DeMusa ansamblı çıxış edəcək, fransız bəstəkarı Pyer Tiloyun "Xocalı 613" əsərinin simli kvartet üçün uyğunlaşdırılmış versiyası ifa olunacaq.
Anım mərasimi ərəfəsində Fransadakı erməni diasporunun radikal hissəsi tərəfindən əks təbliğat və təhdidlər başlanıb. Belə ki, Fransada erməni internet saytlarının birində bu konsertin pozulması üçün qızışdırıcı debatlar təşkil edilib. Bu debatlar zamanı tədbirin təşkilatçılarının ünvanına təhqiramiz və böhtan dolu ifadələr işlədilib, hədə-qorxu gəlinib.
Təşkilatın direktoru Lionel Zetter hadisəyə münasibət bildirərək deyib: "Fransa Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və özünün azadlığın, bərabərliyin, qardaşlığın beşiyi olması ilə fəxr edir. Biz əminik ki, tədbirin heç bir maneəsiz və müdaxiləsiz keçirilməsinə nail olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB