YAP Gənclər Birliyinin sədr müavini ICAPP Gənclər Qolunun birinci vitse-prezidenti seçilib
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Gənclər Qolunun Malayziyada keçirilən idarə heyətinin iclasında iştirak edib. SİA-nın məlumatına görə, R.Məmmədov keçirilən səsvermə nəticəsində qurumun birinci vitse-prezidenti seçilib.
Malayziyaya səfər çərçivəsində Ramin Məmmədov, həmçinin, Malayziya hökumətinin naziri, ICAPP Gənclər Qolunun sədri Dato Şeridan Kassim ilə görüşeb.
Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin gələcək perspektivləri, bu istiqamətdə gənclərin rolu, Azərbaycanın regionda və dünyada artan nüfuzu və təsir imkanları və s. məsələlər haqqında geniş fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, YAP Gənclər Birliyi 2013-cü ilin avqust ayında ICAPP-ın Gənclər Qolunun II Forumuna ev sahibliyi edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB