Əhməd Oruc: “Radikal mövqedə olanlar o qədər də cəlbedici deyil” İTTİHAM

Əhməd Oruc: “Radikal mövqedə olanlar o qədər də cəlbedici deyil” İTTİHAM
"Azadlıq" Partiyasının sədri Əhməd Oruc radikal müxalifət liderlərini növbəti dəfə ittiham atəşinə tutub. SİA-nın məlumatına görə, partiya sədri bununla bağlı moderator.az saytına açıqlamasında qeyd edib ki, radikal düşərgə təmsilçilərinin maskaları çoxdan atılıb: "Maskalar çoxdan atılıb, müxalifətdəki bir sıra liderlər hakimiyyətlə anlaşma uğrunda mübarizə aparır".

"Bu baxımdan, bu gün radikal mövqedə olanlar o qədər də cəlbedici deyil" - deyə bildirən Əhməd Oruc onu da qeyd edib ki, artıq müxalif cameəsinin özü də fəaliyyətindən məmnun deyil: "Müxalif cameə müxalifətçilikdən, pulsuzluqdan, uğursuzluqdan bir növ bezib, yıpranıb".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня