Əvəz Temirxan: “ALP-də heç kim maaş almır”

Əvəz Temirxan: “ALP-də heç kim maaş almır”

"Azərbaycan Liberal Partiyasında heç kim maaş almır. Deyilənlər yalandır, böhtandır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəylinin "Əvəz Temirxan 300 manat maaş alaraq adı yalnız dəftərdə olan və heç bir fəaliyyəti olmayan bir partiyada çalışır" fikrinə münasibət bildirərkən söyləyib.

Əvəz Temirxan, qeyd edib ki, Mustafa Hacıbəylinin onun haqqında dediklərinə yalnız bu cavabı verə bilər və Müsavat təmsilçisinə deyəcəyi başqa heç bir söz yoxdur: "Mən Mustafa Hacıbəylinin dediklərinə cavab verməyi önəmli hesab etmədiyimə görə, yalnız bir cümlə ilə kifayətlənirəm ki, bu partiyada heç kəs maaş almır".

Qeyd edək ki, artıq bir neçə müddətdir ki, Müsavat Partiyası ilə ALP arasında qalmaqal yaşanmaqdadır.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə