“Epress.am” saytı: “Serj Sarkisyan Azərbaycanın pullarını sayır”

“Epress.am” saytı: “Serj Sarkisyan Azərbaycanın pullarını sayır”

"Ermənistan prezidenti Azərbaycanın pullarını sayır". SİA Ermənistanın "Epress.am" saytına istinadən xəbər verir ki, bu qənaətə erməni ekspertləri gəliblər. Belə ki, Serj Sarkisyan ötən gün mətbuat konfransında çıxış edərkən Azərbaycanın iqtisadi gücünə qısqanclıqla yanaşıb: "Azərbaycanın öz maddi vəsaitlərini necə xərclədiyi xoşuma gəlmir".

Daha sonra Ermənistanın dövlət başçısı Azərbaycan haqqında olmazın qərəzli çıxışlarını edib. Sonda isə nitqinin yarısından çoxunun Azərbaycana həsr edildiyinin fərqinə varıb və buna aydınlıq gətirib: "Azərbaycan hakimiyyəti öz xalqının vəziyyəti və əmin-amanlığını düşünmək əvəzinə, erməni xalqının yarasına duz səpməklə və bizə ağıl öyrətməklə məşğul olurlar. Beynəlxalq arenada Ermənistanın imicinə xələl gətirməyə çalışmaqdansa Azərbaycan öz pullarını nəyə xərclədiyinə diqqət etsə yaxşıdır".

Serj Sarkisyan Azərbaycanın güclənməsinə qarşı növbəti kinini və qısqanclığını bu tərzdə nümayiş etdirib.

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə