Musa Qasımlı: "Bir sıra ölkələrin parlamentləri artıq Xocalını soyqırımı kimi tanıyıb"
"Prezident İlham Əliyev Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın dünyada tanıdılması istiqamətində mühüm işlər görüb". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Onun sözlərinə görə, bu sahədə Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti və Fondun vitse Prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət" kampaniyasının uğurla aparıldığını qeyd etmək olar: "Artıq bir çox ölkələrdə Xocalıda ermənilər tərəfində soyqırımına məruz qalmış insanların xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulub. Onların adına parklar, xiyabanlar və küçələr verilib. Bir sıra ölkələrin parlamentləri artıq Xocalını soyqırımı kimi tanıyıb. Ermənilərin Xocalıda həyata keçirdikləri vəhşiliklərin beynəlxalq aləm tərəfindən soyqırımı kimi tanınması vacibdir və bunun üçün mühüm işlər görülür. Ölkə başçısı İlham Əliyevin apardığı siyasət buna imkan verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB