"Serjik dövlət xainidir". SİA-nın Ermənistanın "Epress.am" saytına istinadən verdiyi xəbərə görə, dünən bu şüarla Ermənistanın mərkəzində keçirilən kütləvi aksiyada minlərlə insan çıxış edib. Aksiyada Ermənistan Milli Konqresi (EMK) Partiyası da iştirak etdiyi ildirilir. Nəticədə 10 nəfər aksiyaçı həbs edilib.
Aksiyada polislər etirazçılarla yanaşı jurnalistlərə də zor tətbiq edərək onların video və kameralarını əllərindən almağa cəhd ediblər. Erməni saytı qeyd edir ki, aksiya zamanı mobil telefonlar vasitəsilə informasiya verən jurnalistlər də təqibə məruz qalıblar. Belə ki, polis media təmsilçilərinin əllərindən telefonlarını almağa cəhd ediblər.
Qeyd edək ki, Ermənistanda kütləvi aksiyalara yenidən start verilib və etirazçıların əsas tələbi Serj Sarkisyanın hakimiyyətdən getməsidir.
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB