“Bu, Aərbaycanın tarixində bir qara ləkədir”

“Bu, Aərbaycanın tarixində bir qara ləkədir”

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən SİA-a verilən məlumata görə, iclasda 1828-ci il fevralın 10-da Azərbaycanı ikiyə bölən, İran və Rusiya arasında bağlanmış Türkmənçay müqaviləsinin 186-cı ildönümündən bəhs olunub.

BAXCP hesab edir ki, bu, Aərbaycanın tarixində bir qara ləkədir:"Azərbaycanın bütövlüyü, güclü olması üçün xalqın birliyi lazımdır. Bu mənada Azərbaycanın üzərinə də böyük məsuliyyət düşür. Belə ki, birliyə və yaxınlaşmaya nail olmaq üçün birinci növbədə İran İslam Respublikasından Azərbaycana oxumağa gələn azərbaycanlıların pulsuz təhsil almasına şərait yaradılmalıdır. Azərbaycan ilə İran arasında mövcud olan viza rejiminin aradan qaldırılması üçün həlli mümkün və zəruri addımlar atılmalıdır".

BAXCP eyni zamanda, Cənubi Azərbaycanda məktəblərdə tədrisin Azərbaycan dilində aparılması üçün İran hökuməti tərəfindən ciddi tədbirlərin görülməsini də zərur hesab edir.

Bütün xəbərlər Facebook səhifəmizdə