Gülağa Aslanlı: “Fuad Qəhrəmanlının bir əli hakimiyyətin cibindədir”
"Bu cür biyabırçı açıqlamalar verən və daha sonra bunu təkrarlayan insanlara cavab vermək, münasibət bildirmək fikrim yoxdur. Həmçinin, bu barədə Müsavat Partiyasının moratoriumu da var. Məhz buna görə də Fuad Qəhrəmanlının fikrinə hansısa münasibət bildirməyin yersiz olduğunu düşünürəm". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı AXCP sədrinin müavini Fuad Qəhrəmanlının "Müsavat Milli Şuranı parçalamaq üçün bu qurumdan çıxdı" fikrinə münasibət bildirərkən söyləyib.
Gülağa Aslanlı həmçinin, Müsavat Partiyasının hakimiyyətə satılması ilə bağlı Fuad Qəhrəmanlının söylədiklərinə çox sərt şəkildə reaksiya verərək bildirib ki, onların özləri satqındırlar: "Bir əli hakimiyyətin cibində olabların bu cür danışmağa haqqı yoxdur".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB