Əli Əliyev: “Məhkəməyə təqdim edəcəyim ərizə artıq hazırdır”

Əli Əliyev: “Məhkəməyə təqdim edəcəyim ərizə artıq hazırdır”

"Eldəniz Quliyevi məhkəməyə verəcəyimi bildirmişdim. Bu barədə hazırladığım ərizə, bütün maddələri ilə bərabər hazırdır və artıq məhkəməyə təqdim edəcəyəm. Orada bir neçə maddəyə istinad edilib. Onun cinayət əməllərinə dair iddia qaldırılacaq". Bu fikirləri SİA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev söyləyib.

Əli Əliyev Eldəniz Quliyevin məhkəmədə qalib gələcəyi ilə bağlı fikirlərinə də öz münasibətini bildirərkən qeyd edib ki, bu məsələdə də "El" hərəkatının Ali Məclis sədrini anlamaq olmur: "Eldəniz Quliyev gah deyir ki, məhkəmələr düzgün işləmir, gah da deyir ki, məhkəmə də o qalib gələcək. Bu adamın dedikləri heç üst-üstə düşmür. İndi nə başa düşək bunun danışığından?!".

Xatırladaq ki, Eldəniz Quliyevlə Əli Əliyev arasında münasibətlər artıq bir neçə gündür ki, kəskin şəkildə pozulub. Onlar mətbuatda bir-birlərini və ailələrini təhqir edən ifadələr səsləndiriblər.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə