Əhməd Vəliyev: “Dünya dövlətləri Azərbaycanla hesablaşırlar”

Əhməd Vəliyev: “Dünya dövlətləri Azərbaycanla hesablaşırlar”

"Cənab Prezident tərəfindən olduqca yüksək əhəmiyyət kəsb edən fikirlər səslənib". Bu haqda SİA-ya millət vəkili Əhməd Vəliyev fevralın 5-də keçirilən konfransda Prezident İlham Əliyevin irəli sürdüyü fikirlərə münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, Prezidentin toxunduğu məsələlər Azərbaycanın gələcək inkişafı üçün gərəkli olan amillərdir: "Bu gün Azərbaycan inkişaf etmiş ölkələr sırasına qatılmaq üzrədir. Çünki, Azərbaycan Cənab Prezidentin apardığı uğurlu siyasət nəticəsində gündən-günə inkişaf edir və beynəlxalq arenada tanınır. Əgər illər əvvəl Azərbaycanı postsovet ölkəsi kimi xəritədə axtarırdılarsa, bu gün ilk əvvəl Ulu Öndər Heydər Əliyevin, daha sonra Prezident İlham Əliyevin apardığı məqsədyönlü və balanslaşdırılmış siyasəti nəticəsində dünyanın ən aparıcı dövlətləri Azərbaycanı nəinki, tanıyır, eyni zamanda Azərbaycanla hesablaşırlar. Bu birmənalı olaraq Cənab Prezidentin əldə etdiyi uğurdur. O üzdən düşünürəm ki, konfrans zamanı dövlət başçısı tərəfindən toxunulan məsələlər olduqca əhəmiyyətli və vacib məslələrdir".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə