Milli Şuradan daha bir istefa
"Sanki indi Milli Şura bir partiyanın ətrafında birləşən hansısa qüvvələrdən ibarətdir". SİA-nın məlumatına görə, bu sözləri Milli Şuradan istefa verən politoloq Leyla Əliyeva bildirib.

Politoloq bu addımının səbəbi kimi Milli Şuranın son vaxtlar çox zəifləməsini göstərib və bu zəifliyin Müsavat Partiyasının qurumdan çıxmasından sonra daha çox nəzərə çarpdığını bildirib: "Bu qurumun əsas müsbət cəhətlərindən biri iki əsas partiyanın orada təmsil olunması idi. Onların ətrafında digər qüvvələr də toplaşdı. Müsavat Partiyasının Milli Şuranı tərk etməsindən sonra qurum zəiflədi. Sanki indi Milli Şura bir partiyanın ətrafında birləşən hansısa qüvvələrdən ibarətdir".

Leyla Əliyevanın fikrincə, Milli Şuranın zəif tərəfləri həmişə olub. Sadəcə, seçkiöncəsi dövrdə bu məqamlar o qədər də üzə çarpmayıb: "Aydın deyil idi ki, Milli Şuraya qoşulan partiyalar bura nəyin əsasında gəlib. Əsas problem Milli Şuranın seçkidən sonra transformasiya olunmaması idi".

Xatırladaq ki, bu, son günlərdə Milli Şuradan ikinci istefadır. Leyla Əliyevadan öncə "El" Hərəkatının funksioneri Mehdibəy Səfərov da Milli Şura sıralarından çıxdığını bəyan etmişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня