Zahid Oruc: “Yəni atəşkəs rejimi yalnız 17 gün davam edəcək?” MÜNASİBƏT

Zahid Oruc: “Yəni atəşkəs rejimi yalnız 17 gün davam edəcək?” MÜNASİBƏT

"Soçi Olimpiadası dünyada sülhə, əməkdaşlığa, dostluğa xidmət edir. Olimpiada mühüm beynəlxalq tədbirdir. Rusiyada keçirilən olimpiada fonunda Prezident İlham Əliyevin ora səfər etməsi tamamilə məntiqi və məqsədə uyğundur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Yarışmanın siyasi tərəflərinə toxunan millət vəkili bununla bağlı mediada çox çərçivəli məlumatların yayıldığını da bildirib.

Onun sözlərinə görə, hər hansı mənbəyə əsaslanmayan yazılarla bağlı konkret fikir yürütmək düzgün olmaz: "Olimpiada dövründə regionda sülhün qorunması ilə bağlı dərc olunan fikirlər hər kəsə məlumdur. Lakin çox təəssüf ki, bu məsələdə ən böyük problem yaradan tərəf Ermənistan olsa da, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflər arasındakı sülhü davam etdirmək iradəsini məhz bu adla təqdim edirlər. Buradan belə çıxır ki, atəşkəs rejimi yalnız 17 gün davam edəcək. Bəs ondan sonra nə olacaq? Bölgədə atəşkəs yenidən davam edəcək? Soçi Olimpiadasının təhlükəsizliyi üçün yüz minlərlə qüvvə cəlb olunub. Hesab edirəm ki, Rusiya, eləcə də ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri sülhün davamlı olmasını istəməlidir. Əks halda, bu, mənfi nəticələr doğura bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə