Nurəddin Məmmədli: “Əli Əliyevin və dediklərinin ciddiliyi, əhəmiyyəti yoxdur”
"Bu məsələni və haqqında danışılanları ciddi qəbul etmirəm. Belə mövzularda danışmaq mənim üçün maraqlı deyil. Kim hardan maliyyələşir, kim hansı çörəyi yeyir maraqlı deyil". Bu fikirləri SİA-ya açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli VİP sədri Əli Əliyevin "Milli Şura anti-millidir" fikrinə münasibət bildirərkən söyləyib.
Nurəddin Məmmədli üzvü olduğu Milli Şura haqqında deyilənləri ciddiyə almadığını bildirib: "Əli Əliyevin və dediklərinin ciddiliyi, əhəmiyyəti yoxdur. Əli Əliyev ciddi mövzu ətrafında danışmır".
Qeyd edək ki, son günlər VİP sədri Əli Əliyev Milli Şuraya qarşı kəskin ittihamlarını səsləndirməklə yanaşı, həmin qurumda təmsil olunan fərdlər haqqında kompromatlara malik olduğunu da bildirib.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB