Azərbaycan Prezidentinin Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Soçidə Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafından məmnunluq ifadə edildi, bu əlaqələrin yaxşı perspektivlərinin olduğu bildirildi. Ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB