Hafiz Hacıyev: “Eldar Namazov çox satqın adamdır” AÇIQLAMA

Hafiz Hacıyev: “Eldar Namazov çox satqın adamdır” AÇIQLAMA

"Bu gün Fransanın Azərbaycandakı səfirliyi, ATƏT və digər bu kimi qurumlar çalışırlar ki, Ukraynada baş verən hadisələri Azərbaycana transfer etsinlər. Onlar bu məsələnin reallaşması üçün artıq "baş sındırır"lar". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Eldar Namazovun Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və ATƏT-in Minsk qrupunun fransalı həmsədri Jak Forla görüşünə münasibət bildirərkən deyib.

"Bütün bunların hər birini biz bilir və görürük. Mən buna çox təəssüflənirəm və ürək ağrısı ilə yanaşıram. Bizdə çox ciddi məlumatlar var. Eldar Namazov çox satqın adamdır. Bu kimi insanlar istənilən dövlətin sifarişini yerinə yetirməyə hazırdır" – deyə, H.Hacıyev sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə