Əvəz Temirxan: “Biz İsa Qəmbər kimi xalqı aldatmaq fikrində deyilik”

Əvəz Temirxan: “Biz İsa Qəmbər kimi xalqı aldatmaq fikrində deyilik”

"Əlbəttə, Azərbaycan Liberal Partiyası İsa Qəmbərin başqan olduğu Müsavat Partiyası ilə heç bir danışıqlar aparmayacaq. Biz İsa Qəmbər kimi xalqı aldatmaq fikrində deyilik". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Müsavat Partiyasının Azərbaycanda keçiriləcək bələdiyyə və parlament seçkilərindən öncə Milli Şuraya daxil olmayan siyasi təşkilatlarla müzakirələrə başlayacağı təqdirdə ALP-yə hansısa təklifdə bulunarsa, ALP-nin buna cavabının necə olacağına münasibət bildirərkən söyləyib.

ALP sədri, həmçinin, bildirib ki, Müsavat Partiyası ilə seçki məsələsində hansısa danışıqlar aparmaq böyük qəbahət olar: "Xüsusən seçki öncəsi Müsavat Partiyası ilə hansısa müzakirələr aparmaq, hansısa blokda birləşmək böyük səhv, xəta, hətta qəbahət olar. Biz bu addımı ata bilmərik".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə