Yeni Demokratikləşmə Paketi üçün fəaliyyətlər davam edir. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Dolmabağçadakı Baş nazirliyin ofisində keçirilən toplantıda həmin məsələ müzakirə edilib. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə təşkil olunan toplantıya baş nazirin köməkçiləri Bəşir Atalay və Əli Babacan, ədliyyə naziri Bəkir Bozdağ, daxili işlər naziri Əfkan Ala, mədəniyyət və turizm naziri Ömər Çəlik ilə Ədalət və İnkişaf Partiyası qrupunun sədr əvəzi Mahir Ünal qatılıb.
Mətbuata qapalı keçirilən və 4 saata yaxın davam edən toplantıda, Demokratikləşmə Paketindəki mövzular müzakirə edilib.
Baş nazir Ərdoğan bu çərçivədə ötən həftə də nazirlərlə Ankarada bir araya gəlmişdi.
Baş nazirin köməkçisi Bəşir Atalayın koordinatorluğunda hazırlanan paketdə, iqtisadiyyat, məhkəmə və idarə sahələrindəki təşkilatlanmada bir sıra əsaslarda dəyişikliklər olacağı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB